Biz kimik …

Haqqımızda

 

Shieldex neft-kimya məhsulları, o cümlədən müxtəlif təyinatlı yağlar və sürtkülər eyniadlı ticarət markasında eyniləşdirmə hüququna malik olan AMEA Təcrübə-sənaye zavodunda istehsal olunur.
1974-cü ildə yaradılan AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsi olmaqla yanaşı, mühərrik və sürtkü yağları istehsal edən ilk sənayə müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.
Zavodda elmi-təcrübə işləri ilə yanaşı bütün növ nəqliyyat vasitələri, o cümlədən minik və yük avtomobilləri, ağır texnika və gəmilər üçün mühərrik, transmissiya, reduktor, hidravlika, kompressor yağları, sənayə məqsədli yağlar, plastik sürtkü materialları, antifrizlər, superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri, hidrogen qazı, azot qazı, maye azot, karbon dioksid (qaz şəkilli və bərk halda-quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü,neft kimya profilli məhsullar istehsal edilir.
Shieldex mühərrik və sütkü yağları müasir texnologiya və beynəlxalq təcrübənin böyük tarixi olan neft-kimya ənənələrimizə inteqrasiyası nəticəsində əldə olunan bir məhsuldur. Elm və istehsalatın Shieldex brendində təzahürünü tapması, bizə imkan veriri ki, seqmentdəki istənilən rəqiblə keyfiyyət və qiymət göstəricilərində uğurlu nəticələrə sahib olaq.

LOGO SYMBOL SARI

Missiyamız …

Missiyamız Nədir??

 

Shieldex brendi altında istehsal olunan mühərrik yağları və sürtkülər yüksək keyfiyyətin münasib qiymətə təklif olunması ideyasında hazırlanıb. Bizim məqsədimiz istehlakçıların ehtiyaclarını ən optimal həllərlə qarşılayaraq müştəri məmnunluğunu qazanmaqdır.

LOGO SYMBOL

İstehsal Sahəsi

 

Shieldex məhsullarının istehsalı AMEA YT parkın əsas rezidenti AMEA TSZ-nin müasir avadanlıqlarla təchiz olunmuş … kvm istehsalat sahəsində həyata keçirilir.

Sifariş Partnyorluq Təklifləri üçün

AZ 1032, Bakı şəh., Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, 622-ci küçə, 9