LaboratoriyaLaboratoriya

Shieldex yağlarının hər partiyası akkreditasiyadan keçmiş elmi-tədqiqat sınaq laboratoriyasında test olunur. Elmi-tədqiqat sınaq laboratoriyası zavodda istehsal olunan məhsulun keyfiyyətinə operativ nəzarət etməyə imkan verir. İstehsal olunan məhsula vaxtında texniki sənədlərə müvafiq olan pasportların verilməsi, texniki sənədlərə uyğun olaraq xammalların və yarımfabrikatların keyfiyyətinə nəzarəti həyata keçirir. Bununla yanaşı laboratoriyada elmi-tədqiqat işləri də aparılır. Belə ki, yeni məhsulların istehsalından əvvəl sənaye-sınaq partiyalarının alınması üçün laboratoriya pilot qurğusunda nümunələr alınır, ressept dəqiqləşdirilir və texnoloji reqlament tərtib olunur. Daha sonra məhsulun istehsalına başlanılır. Hazırda akkeditasiyalı laboratoriya Shieldex mühərrik və sənaye yağlarını əldə edən müəssisələrə və korporativ müştərilərə müraciət etdikləri laboratoriya analizlərini ödənişsiz həyata keçirir. Münasib qiymətə yüksək keyfiyyəti əldə etmək üçün mütləq Şieldex mühərik və sənaye yağlarının müraciət edin. Əlaqə:  +994 12 370 96 34

Laboratoriyaya daxil olan nümunələr aşağıdakı cihazlar vasitəsilə analiz olunur:

CİHAZLAR SINAĞIN ADI METOD
EVAPORATİON GREASES BATH 2050 Sürtkülərin və sürtkü yağlarının buxarlanmasının təyini ASTM D972
ASTM D2878
AUTOMATED CLEVELAND OPEN CUP FLASH POİNT TESTER / ACO-8 Neft məhsullarının açıq putada alışma temperaturunun təyini ASTM D92
PETROLEUM CENTRİFUGE ROTOFİX  46H Sürtkü materiallarında mexaniki qarışıqların və suyun ekspress üsulla təyini ASTM D2273
ASTM D96
ISO 9001
TOTAL SEDİMENT 1150 Sürtkü yağlarında mexaniki qarışıqların təyini ASTM D4870
IP 375
IP 390-A
SEMİ- AUTOMATİC VİSCOSİTY BATH- KOEHLER KV4000 K23792 Mayelərin kinematik özlülüyünün təyini ASTM 445
ISO 3104
IP 71
COPPER/SİLVER CORROSİON BATH Mis və gümüş lövhələrdə korroziyanın təyini ASTM D130
GMATHERM MT1110 ASH DETERMİNATİON Kül qalığının təyini ASTM D482
POUR POİNT NEW LAB 300/2 Mayelərin donma temperaturunun təyini ASTM D97
ISO 3016
IP 15
ЛИНТЕЛ СК-20 Sürtklərin möhkəmlik həddinin təyini ГОСТ-7143
ЛИНТЕЛ  ПН-10С Sürtkülərin penetrasiyasının təyini ASTM-D217
ГОСТ 1440-78
LOVIBOND Yağların rənginin təyin olunması ASTM D1500
SI ANALYTICS TITROLINE 7000 Yağların qələvi ədədinin təyini ASTM D2896
ISO 3771
Yağların turşu ədədinin təyini ASTM D664
S.D.M. model 21-40 Sürtkülərin damcıdüşmə temperaturunun təyini ASTM D2265
ISO 6299
DIN 51825
GREASES SEPARATION APPARATUS Sürtkülərdən yağ ayrılması testi (kolloid stabilliyi) ASTM D6184
SI  ANALITICS GmbH TITROLINE 7500 KF TRACE Yağlarda suyun miqdarının təyini ASTM D6304
ISO 12937:2000
REFRACTOMETER ABBEMAT 300 Mayelərin şüa sındırma əmsalının təyini ASTM D1218
STABINGER VISCOMETER SVM 3001 Yağların kinematik özlülüyün avtomatik təyini ASTM D7042
Özlülük indeksinin avtomatik təyini ASTM D2270
Sıxlığın avtomatik təyini ASTM D4052
Mayelərin dinamik özlülüyünün avtomatik təyini ASTM D7042
Areometr Mayelərin sıxlığının təyini ГОСТ 18481
LUBRICATING GREASES WATER SPRAY APPARATTUS SH/TO643 Sürtkülərin suya davamlılığının püskürmə üsulu ilə yoxlamaq üçün olan test ASTM D4049
""
1
Shieldex Elmi-Tədqiqat Sınaq Laboratoriyası
Nümunədə keyfiyyət göstəricilərini təyin etmək üçün istifadə olunan normativ sənəd:
keyboard_arrow_leftPrevious
Nextkeyboard_arrow_right