ShieldEX Floran EP-2

ShieldEX Floran EP-2

Antifriksion, çox məqsədli, suya davamlı sürtkü bütün hallarda ümumi təyinatlı sürtkülərin, əksər sürtünən hissələrdə isə yüksək temperaturlar üçün ümumi təyinatlı sürtkülərin əvəzləyicisi kimi işlədilə bilər. Floran EP-2 sürtküsü istənilən növ sürtünən hissələrdə – fırlanan və sürtünən yastıqlarda, şarnirlərdə, elektromaşınlarda, yol-tikinti, kənd təsərrüfatı, dağ-mədən və s. maşın-mexanizmlərdə, dişli və digər ötürücülərdə, istiqamətləndiricilərin yağlanmasında istifadə olunur. Nəqliyyat vasitələri və sənaye avadanlıqlarında, həmçinin su nəqliyyat vasitələrində və müxtəlif təyinatlı mexanizmlərin sürtünən hissələrinin yağlanmasında yararlıdır. Yüksək termiki, kolloid, kimyəvi və mexaniki stabilliyə, çox yaxşı suya davamlılığa malikdir. -40°C-dən +130°С-dək temperatur diapazonunda işləmək iqtidarındadır və temperaturdan asılı olmayaraq plastikliyini saxlayır.

Saxlama müddəti: 2 il, istehsal tarixindən etibarən (qabın üzərinə bax).

1kq / 3kq / 7kq / 16kq / 185kq

TŞ AZ 1500051871.059-2016; NLGI -2; DİN 51825 – KP 3G-30

Göstəricinin adı Əsas xüsusiyyətlər
Xarici görünüşü Sarı rəngdə yaşılaçalan bircinsli krem
Damcıdüşmə temperaturu, °С, aşağı olmamalı 300
Penetrasiya, 25 °С-də с qarışdırılmaqla, mm-1 260-300
60/100000 zərbədən sonra penetrasiya fərqi 30
Kolloid stabilliyi, ayrılmış yağın %-i,  çox olmamalı 3
Metallara korroziya təsiri, bal 1
Buxarlanma, 120 °С-də, %, çox olmamalı 6
Sərbəst qələvilərin NaOH-a hesablanmış kütlə miqdarı, %, çox olmamalı 0,2
Xlorid turşusunda həll olmayan mexaniki qarışıqların kütlə miqdarı , %, çox olmamalı yoxdur
Triboloji xassələr, (20±5)°С-də dörddiyircəkli sürtünmə maşınında, az olmamalı
Qaynaq yükü  (Pc), N(кqs)  2800 (285)
Böhran yükü (Рк), H(кqs)  800 (82)
Siyrilmə indeksi (Si) 100

Ağır TexnikaAğırtexnika-SürtküAvadanlıqAvadanlıq-SürtküGəmiGəmi-SürtküSürtkü Yağı