ShieldEX HYDRAULIC HLP 68

ShieldEX HYDRAULIC OIL HLP 68

Aşınma və köpüklənmə əleyhinə xüsusiyyət

MQ AZ HLP yağ seriyası xüsusi olaraq dəzgahların, avtomatik xətlərin, ağır presslərin və digər müasir avadanlıqların yüksək keyfiyyətli aşqarlı yağ tələb edən hidravlik sistemlərində istifadə edilmək üçün hazırlanıb.MQ AZ HLP 68 yağı mədən və neftçıxarma sənayesi avadanlıqlarında, körpü və şlüzlü qapılarda, xilasetmə təchizatında, mobil texnikada (ekskavator və kranlar, tikinti texnikası, yol nəqliyyatı, kənd təsərrüfatı maşınları) tətbiq olunur. Əla özlülük-temperatur xassələri, yüksək termooksidləşmə stabilliyi bütün istismar müddəti ərzində yağın kimyəvi tərkib sabitliyinə zəmanət verir və hidrosistemin etibarlı işini təmin edir. MQ AZ HLP 68 yağnın yüksək deemulsiya, köhnəlməyə və köpüklənməyə qarşı müstəsna keyfiyyətləri, yağlama və soyutma xassələrini yaxşılaşdırmağa imkan verir, hidrosistemin detallarını korroziya və digər kimyəvi təsirlərdən qoruyur, sistemin istismar müddətini uzadır.
Saxlama müddəti: 2 il, istehsal tarixindən etibarən (qabın üzərinə bax).

TŞ AZ 1500051871.055-2016
Parametrlər Əsas xüsusiyyətlər
Kinematik özlülüyü, 40 °C-də, mm2/s 61,2-74,8
Özlülük indeksi, az olmamalı 100
Turşu ədədi, mq KOH/q, çox olmamalı 0,7
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 240
Donma temperaturu, °C, yuxarı olmamalı -20
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı olmamalı
Suyun miqdarı, %, çox olmamalı olmamalı
Mis lövhədə korroziya sınağı 1B
ЦHT kolorometrində rəngi, ЦНТ vahidi, çox olmamalı 3,5
Sıxlıq, 20 °C, kq/m3, çox olmamalı 890
4 diyircəkli sürtünmə maşınında yeyilmə diametri, mm, çox olmamalı 0,45

Ağır TexnikaAğırtexnika-HidravlikHidravlika Yağı