ShieldEX Niqrol

ShieldEX Niqrol

600 Mpa-dan çox olmayan kontakt gərginliyi yaranan müxtəlif növ düzdişli, spiral-konusvari, vintli ötürücü növlərinin effektiv yağlanması üçün nəzərdə tutulan transmissiya yağı. Qış və yay mövsümləri üçün nzərdə tutulmuşdur.Neftin birbaşa distilləsindən alınan saflaşdırılmayan özlü qalıqlardan ibarət qatqısız mineral yağdır. Mexanizmlərdə tövsiyə edilən temperatur 90°C-dəkdir. Niqrol yağı reduktorlarda, sənaye avadanlıqlarının az yüklənən hissələrində, açıq dişli ötürücülərdə, kranların planetar dişli ötürücülərində, ekskavatorlarda, sənaye avadanlıqlarının dişli ötürücüləri və transmissiya hissələrində, traktorlarda, kənd təsərrüfatı və yol-tikinti maşınlarında, tikinti texnikalarında işçi maye kimi istifadə olunur.
Saxlama müddəti: 2 il, istehsal tarixindən etibarən (qabın üzərinə bax).

TŞ AZ 1500051871.063-2016; API GL-1; SAE 90-140

Göstəricinin adı Əsas xüsusiyyətlər
qış yay
Kinematik özlülüyü,100 °C-də, mm2/s 17,0-22,0 27,0-34,0
Donma temperaturu, °C, yuxarı olmamalı -10 -5
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 170 180
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0,05 0,05
Suda həll olan turşu və qələvilərin miqdarı  yoxdur  yoxdur
Suyun miqdarı, %, çox olmamalı izi izi

Ağır TexnikaAğırtexnika-TransmissiyaAvtomobilTransmissiya Yağı