ShieldEX Professional SAE15W40 API CD

ShieldEX Professional SAE15W40 API CD

Ağır istismar şəraitlərində işləyən, istifadə olunan yanacaq yüksək neytrallaşdırma xassələrinə malik yağ tələb edən, gücləndirilmiş atmosfer yaxud turbo dizel mühərrikləri üçün nəzərdə tutulub. Yüksək antikorroziya və köhnəlməyə qarşı xassələrinə malikdir və bütün növ çoküntülərin yaranmasına az meyllidir. Ağır yüklü özüböşaldan karxana maşınlarının, böyük güclü sənaye traktorlarının, ekskavator, buldozer, yükləyib-boşaldanların, boru düzən qaldırıcı kranların və həmçinin teplovozların və gəmilərin dizel mühərriklərində istifadəyə yararlıdır.
Saxlama müddəti: 2 il, istehsal tarixindən etibarən (qabın üzərinə bax).

TŞ AZ 1500051871.056-2016; API CD

Göstəricinin adı Əsas xüsusiyyətlər
Kinematik özlülüyü, mm2/s, 100 °C-də 13.5-16.0
Özlülük indeksi, az olmamalı 95
Qələvi ədədi, mq KOH/q, az olmamalı 9
Sulfat külünün miqdarı, %, çox olmamalı 1,1
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 230
Donma temperaturu, °C, yuxarı olmamalı -24
Sinkin miqdarı, % 0.05-0.06
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0.01
Suyun miqdarı, % İzi
Qurğuşun lövhədə korroziya sınağı, q/m2, çox olmamalı 8
ЦHT kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 6,0
Sıxlıq, 20 °C, q/sm3,  çox olmamalı 0.905

Ağır TexnikaAğırtexnika-MühərrikAvtomobilAvtomobil-MühərrikGəmiGəmi-MühərrikMühərrik Yağı