ShieldEX Special SAE 15W40 API CI-4

ShieldEX Special SAE 15W40 API CI-4

   Minik və yük avtomobilləri, avtobuslar, xüsusi, yolsuzluq və s. texnikaların ağır istismar şəraitlərində işləyən, güclü, turbo üfürməli və turbo üfürməsiz dizel mühərrikləri üçün, bütün mövsümlərə uyğun mühərrik yağı. İşlənmiş qazların zəhərliliyini aşağı salan sistemlərə (SCR, EGR) uyğun olaraq hazırlanıb və Avro-4 ekoloji normalarının tələblərinə cavab verir. Mühərrik yağı yüksək termostabilliyi hesabına bütün istifadə dövründə istismar xüsusiyyətlərini dəyişmir. Yaxşılaşdırılmış yağlama xüsusiyyətləri və stabil yağ təbəqəsinin yaranması detalların yeyilmə intensivliyini azaldır və mühərrikin istismar müddətini artırır.
Saxlama müddəti: 2 il, istehsal tarixindən etibarən (qabın üzərinə bax).

TŞ AZ 1500051871.058-2016; API CI-4

Göstəricinin adı Əsas xüsusiyyətlər
Kinematik  özlülüyü, mm2/s, 100°C-də 13.5-16.0
Özlülük indeksi, az olmamalı 140
Qələvi ədədi, mq KOH/q, az olmamalı 9
Sulfat külünün miqdarı, %, çox olmamalı 1,5
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 230
Donma temperaturu, °C, yuxarı olmamalı -36
Sinkin miqdarı, %, az olmamalı 0.05-0.06
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0.01
Suyun miqdarı, %, çox olmamalı Izi
Qurğuşun lövhədə korroziya sınağı, q/m2, çox olmamalı 8
ЦHT kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 6,0
Sıxlıq, 20°C, q/sm3,  çox olmamalı 0,900

Ağır TexnikaAğırtexnika-MühərrikAvtomobilMühərrik Yağı