ShieldEX Techno SAE 15W40 API CB

ShieldEX Techno SAE 15W40 API CB

Bütün mövsümlər üçün nəzərdə tutulan mühərrik yağı orta istismar şəraitində işləyən, API CB keyfiyyət dərəcəsi və SAE 15W40 özlülüyü tövsiyə olunan nəqliyyat vasitələrində, maşınlarda atmosfer dizel mühərriklərinin (əlavə təzyiqsiz), gəmi və stasionar köməkçi aqreqatların yağlanmasında tətbiq olunur.  Ağır şəraitdə işləyən karxana avtomobilləri, yolsuzluq texnikaları mühərriklərində istifadəyə yararlıdır. Yağın tərkibində yağlayıcı, yuyucu və dispersiyaedici xassələrini artıran oksidləşməyə və korroziyaya qarşı aşqarlar (əlavələr) mövcuddur. Qış mövsümündə mühərrikin asan işə salınmasını və sürətli startını təmin edir. İşlək temperatur diapazonu -20°C-dən 40°C-dək.
Saxlama müddəti: 5 il, istehsal tarixindən etibarən (qabın üzərinə bax).

TŞ AZ 1647166-08-2014; API CB

Göstəricinin adı Əsas xüsusiyyətlər
Kinematik  özlülüyü, mm2/s, 100 °C-də 12,5-16,3
Özlülük indeksi, az olmamalı 105
Qələvi ədədi, mq KOH/q, az olmamalı 4,0
Sulfat külünün miqdarı, %, çox olmamalı 1,0
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 210
Donma temperaturu, °C, yuxarı olmamalı -15
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0,015
Suyun miqdarı, %, çox olmamalı yoxdur
ЦHT kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 6,0
Sıxlıq, 20 °C, q/sm3,  çox olmamalı 0,910

Ağır TexnikaAğırtexnika-MühərrikAvtomobilGəmiMühərrik Yağı