ShieldEX TRANSMISSION ТАД-17И

Transmissiya yağı Mineral

ТАД-17И transmissiya yağı avtomobillərin, həmçinin çətin temperatur şəraitlərində işləyən digər mobil texnikaların transmissiyaları üçün bütün mövsümlərə uyğun, mineral əsaslı universal yağdır. Minik və yük avtomobillərinin ağır yüklənmiş silindrik, spiral-konusvari və hipoid ötürücülərinin yağlanmasında istifadə olunur. ТАД-17И -25 °С-dək temperaturda işləmək iqtidarındadır. İşçi temperaturun yuxarı həddi 130-140°С-dir. Yağın tərkibində yüksək effektli aşqar (çoxfunksional kükürd-fosfor tərkibli, depressator  və köpüklənmə əleyhinə) paketləri var.

Saxlama müddəti: 5 il, istehsal tarixindən etibarən (qabın üzərinə bax).

ГОСТ 23652-79

Göstəricinin adı Əsas xüsusiyyətlər
Kinematik özlülüyü, 100 °C-də, mm2/s, az olmamalı 17,5
Özlülük indeksi, az olmamalı 100
Açıq putada alışma temperaturu, °С, aşağı olmamalı 200
Donma temperaturu, °С, yuxarı olmamalı – 25
Sıxlıq 20°С-də, kq/m3, çox olmamalı 907
Rəngi, ЦНТ vahidi, çox olmamalı 5,0
3 saat ərzində 100°С-də, polad və mis lövhədə korroziya sınağı davam gətirir

Ağır TexnikaAğırtexnika-TransmissiyaAvtomobilTransmissiya Yağı